Nyu-Yorkda vertolyot çaya düşüb, ölənlər var - Qəza anının videosu

10:12 - 12 Mart 2018 - DÜNYA

Nyu-Yorkda vertolyot qəzaya düşüb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, İst River çayına düşən vertolyotun göyərtəsində olan altı nəfərdən ikisi ölüb, 3-ü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 
 

Qəzadan yaralı olaraq çıxmağı bacaranlardan biri də vertolyotun pilotu olub. 
 

Polis komissarı Ceyms Onil bildirib ki, vertolyot şəxsi reys həyata keçirib. Belə ki, turizm şirkətlərindən birinə aid olan helikopter çəkiliş üçün bir qrup fotoqraf tərəfindən kirayələnmişdi. 

Xəbər xətti