Ana səhifə
19 İyun 2018

Mirşahindən qayıdışı barədə sərt AÇIQLAMA

Tanınmış jurnalist Mirşahin Ağayevin rəhbərliyilə açılan yeni telekanal - “Real” TV-nin bu gündən peyk yayımına başlayacağı gözlənilir.
 

“Azərspace-1” peykində yayıma başlayacaq yeni telekanalda toplanan komandanın əsasən keçmiş ANS-çilərdən təşkil olunduğu bildirilir.
 

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu arada sosial şəbəkələrdə Mirşahin Ağayevin iki illik fasilədən sonra yenidən Azərbaycan teleməkanına qayıdışı barədə müzakirələr açılıb. Müzakirələrə qoşulan sosial şəbəkə istifadəçilərdən telejurnalisti təbrik edənlərlə yanaşı, ona yönəlik ittiham səsləndirənlər də az deyil.
 

Modern.az-ın məlumatına görə, Mirşahin Ağayev teleməkana qayıdışına ağız büzənlərə sərt cavab verib:
 

“Bəli, qayıdir Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Barəmdə şərh,  daha doğrusu şər yazanlar, nə xoşunuza gəlmir, mənim düşərgəmi tanımırdınız ki? Mən əlbəttə dövlətimin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə ... sevəcəm!!!”.

Tarix
12 Mart 2018 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin