Ana səhifə
19 İyun 2018

Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb

Yaponiya Poçt Xidməti Tokionun mərkəzi küçələrində bağlama, məktub və digər yazışmaların daşınması üçün pilotsuz avtomobilləri sınaqdan keçirməyə başlayıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Xüsusi hazırlanmış "Toyota Estima" mikroavtobusu martın 16-dək 2 km uzunluğunda marşrut boyunca müstəqil şəkildə hərəkət edəcək.
"Bu trassa mərkəzi poçtamt ilə Tokio baş dəmiryol vağzalını və Qindzanın mərkəzi məhəlləsindəki poçt şöbəsini birləşdirir", — deyə idarə nümayəndəsi bildirib.

Onun sözlərinə görə, pilotsuz maşında sınaq zamanı sürücü olacaq və zərurət yaranacağı təqdirdə idarəetməni öz üzərinə götürəcək.
Pilotsuz avtomobil sınaq zamanı böyük şəhərin son dərəcə gərgin küçələrində təhlükəsiz hərəkət etmək bacarığını sübuta yetirməldir.

Tarix
12 Mart 2018 [19:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin