Bakının girişində tıxac yarandı - Foto

09:43 - 12 Mart 2018 - ÖLKƏ İÇİ

Bu gün səhər saatlarından başlayaraq Sumqayıt – Bakı yolunda avtomobillərin hərəkətində tıxac yaranıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, tıxac paytaxtın girişində - “20 Yanvar” metrostansiyasının qarşısından başlayır və Xırdalan dairəsinə kimi uzanır. Hazırda bu vəziyyət davam edir. 

***

Onu da əlavə edək ki, hazırda paytaxtın əksər küçə və prospektlərində tıxac müşahidə olunur. Nobel prospekti, Yusif Səfərov küçəsi, həmçinin Nərimanov metrosunun ətrafındakı küçələrdə də nəqliyyatın sıxlığı var.


Xəbər xətti