İran İraqa 3 milyard kredit verəcək

21:15 - 11 Mart 2018 - DÜNYA

İran ölkənin brəpa edilməsi üçün İraqa 3 milyard dollarlıq kredit verəcək. "Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Eshak Cahangiri Bağdada 3 günlük səfəri zamanı bildirib. “İran İraqa 3 milard dollar məbləğində kredit verməyə hazırlaşır. Bununla İranın özəl şirkətlərinin və sektorunun İraqın bərpasında payını artırmaq istəyirik”, deyə Cahangiri söyləyib. Onun sözlərinə görə, İran və İraq iqtisadi-siyasi münasibətləri inkişaf etdirmək niyyətindədir. Bundan əlavə hər iki ölkəni birləşdirən dəmiryol xətlərinin bərpası da nəzərdə tutulub.

Xəbər xətti