Prezidentliyə namizədliyin qeydə alınması üçün vaxt başa çatır

14:35 - 11 Mart 2018 - SİYASƏT

Azərbaycanda 11 aprel tarixinə təyin olunmuş növbədənkənar prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi müddəti sabah-martın 12-də başa çatır.

 

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, prezident seçkiləri ilə bağlı təsdiqlənmiş Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək təqdim edilməlidir. Bu müddət isə 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək dövrü əhatə edir.

 

Həmçinin, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti martın 12-də bitir.

 

Bundan əlavə martın 12-də səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti başa çatır.

 

 

Qeyd edək ki, bu günədək MSK 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar aşağıdakı şəxslərdir:

 

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev;

 

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc;

 

Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə;

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev;

 

Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev;

 

Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev;

 

"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev.

Xəbər xətti