Ana səhifə
19 Sentyabr 2018

İcra Hakimiyyəti Bayıldakı sürüşmə zonasına qayıtmaq istəyən ailələrə CAVAB VERDİ

Bayıldakı sürüşmə ərazisindəki mənzillərindən köçürülən vətəndaşların bəzilərinin kirayə haqqının az olmasından şikayətçi olduğu barədə xəbər vermişdik.

 

"Ucnoqta.az" xəbər verir ki, Səbail rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Modern.az-a bildirib ki, sürüşmə nəticəsində evlərinə ziyan dəyən 98 ailənin hamısına kirayə pulu ödənilir:

 

“11 ay ərzində aylıq kirayə pulları sakinlərin hesablarına köçürüləcək. Daha öncə açıqladığımız kimi, ailə tərkibindən asılı olaraq kirayə haqları dəyişir. Nazirlər Kabinetinin normativlərinə əsasən, ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 7 nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən edilib.Vətəndaşlar aybaay kirayə pullarını kart vasitəsilə ala biləcəklər”.

 

İ.Kərimov bəzilərinin Bayıldakı evinə qayıtmaq iddialarını da cavablandırıb:

 

“Sürüşmə ərazisində post qoyulub, heç kim əraziyə buraxılmır. Vətəndaşların evdə nələri qalıbsa, onu qoruyurlar. Ərazi yaşayış üçün çox təhlükəlidir. Ona görə kiminsə orada yaşamasına icazə evrilə bilməz”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb. Həmçinin, 10 fevral 2018-ci ildə həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb.

Tarix
11 Mart 2018 [14:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin