Xaricdəki azərbaycanlılar üçün 41 seçki məntəqəsi yaradılacaq

21:36 - 10 Mart 2018 - SİYASƏT

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar ölkədən kənarda 41 seçki məntəqəsi yaradılacaq.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

 

MSK-nın iclasında ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədi ilə 16 saylı Yasamal İkinci və 17 saylı Yasamal Üçüncü Seçki dairələri müəyyən edilib. Ölkə hüdudlarından kənarda yaradılan seçki məntəqələrində 13 min 820 nəfər səs verəcək.

Xəbər xətti