Səudiyyə Ərəbistanı İngiltərədən 48 qırıcı alır

21:07 - 10 Mart 2018 - DÜNYA

İngiltərə ilə Səudiyyə Ərəbistanı arasında 10 milyard funt sterlinq müqavilə imzalanıb.
 

"Ucnoqta.az"  “Ölkə.Az”a istinadən xəbər verir ki, İngiltərəyə səfər edən Səudiyyə şəhzadəsi Məhəmməd Bin Səlman 48 savaş qırıcısının alınması üçün müqavilə imzalayıb.
 

48 qırıcının alqı-satqısı üçün ingilislərlə müqavilə imzalayan şahzadə anlaşmadan məmnun qaldığını bildirib. İki ölkə arasında imzalanan müqavilə 10 milyard funt sterlinq dəyərindədir.

Xəbər xətti