Ana səhifə
15 Noyabr 2018

Şahdağda qarın hündürlüyü 38 sm-ə çatıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki havanı açıqlayıb.

 

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, nazirliyin açıqlamasında bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.

 

Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Tarix
10 Mart 2018 [12:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin