Türk vətəndaşına 238 manat rüsum yazılıb - Şikayətçidir

12:32 - 10 Mart 2018 - HADİSƏ

Türkiyə vətəndaşı Bahar Muhammed Emin martın 9-da Sınıq Körpü keçid məntəqəsindən Azərbaycana daxil olarkən əsassız yerə ondan artıq ödəniş alındığını iddia edib.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, o qeyd edib ki, idarə etdiyi avtomobili yük məqsədi ilə istifadə etmədiyi halda "yük avtomobili" kimi qeydə alınıb və Azərbaycanda 10 gün qalacağını desə də, gömrük əməkdaşı səhvən 30 gün qeyd edib, sonradan isə bunu dəyişməkdən imtina edib. Buna görə də 238 AZN rüsum ödədiyini bildirib. B.Emin artıq ödədiyini idda etdiyi pulunu geri qaytarılmasını istəyib.

 

“Qafqazinfo”nun bununla bağlı sorğusuna Dövlət Gömrük Komitəsindən cavab verilib. Qurumun cavabında qeyd edilib ki, həmin şəxs gömrük sərhədini keçərkən gömrük əməkdaşına turist kimi ölkəmizə gəldiyini bildirib: “Olkəmizdə 15 gün, hətta 1 ay da qala biləcəyini bəyan edib. Bahar Muhammed Emin gömrük əməkdaşına dəqiq müddət bildirmədiyindən onun geri dönüş zamanı hər hansı problemlə qaşılaşmaması üçün maksimum müddət qeydə alınıb. İdarə etdiyi avtomobil isə həmin nəqliyyat vasitəsinin texniki pasportunda da qeyd olunduğu üzrə kiçik həcmli yük nəqliyyat vasitəsi olduğundan yük nəqliyyat vasitəsi olaraq da qeydiyyata alınıb. Bahar Muhammed Emin sərhədkeçmə prosesi zamanı qanunvericilikdə nəzərdə tutulan vəsaiti banka ödəyib və onun irəli sürdüyü iddialar həqiqətə uyğun deyil”.


Xəbər xətti