Ana səhifə
18 Noyabr 2018

Nəbahət Çehrənin çəkildiyi film 1 milyona başa gəlir- FOTOLAR

Məşhur aktrisa Nəbahət Çehrənin də rol aldığı “Qanlı Yanvar” filminin yaradıcı və işçi heyəti ilə görüş keçirilib. 
 

 

"Ucnoqta.az" xəbər verir ki, filmin 20 Yanvar hadisələrinin 25 illiyinə həsr olunduğunu deyən rejissor Vahid Mustafayev çəkilişdə iştirak edən kollektivin beynəlmiləl olduğunu bildirib: "Burada dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, rus xalqının təmsilçisi görkəmli aktyor Yurly Baleev, İrandan dəvət olunmuş kino-operator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu yerli azərbaycanlılarla birlikdə çalışır. 

Bunun xüsusi mənası var. Çünki azadlıq arzusu təkcə bir millətin mənəvi sərvəti deyil. Milli Azadlıq mücadiləsi bütün dünyaya tanış və doğmadır". 

Qeyd edək ki, film bir milyon manata başa gəlir. Hələ ki, filmin 60 faizi çəkilib. Filmin 2015-ci ilin yanvarın 20-də nümayişi gözlənilir.(Qafqazinfo.az)

 

Tarix
2 Dekabr 2014 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin