Mətbuat Şurasının Nizamnaməsi dəyişildi

11:56 - 10 Mart 2018 - SİYASƏT

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin üzvlərinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib.
 

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Şuranın VII qurultayında qərar qəbul olunub.
 

Dəyişikliklə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Beləliklə, İdarə Heyətinin 23 üzvü olacaq. Əvvəlcə bu rəqəm 17 idi.

Xəbər xətti