Diqqət! Təbriz küçəsində hərəkət məhdudlaşdırılır

17:22 - 9 Mart 2018 - İQTİSADİYYAT

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Bakının Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinə qədər olan hissəsində bu gecədən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Ucnoqta.az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, məhdudiyyət qısa müddətə tətbiq ediləcək.
Agentliyi yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir. 

Xəbər xətti