Şahin Mustafayev İrana səfər edəcək

17:12 - 9 Mart 2018 - SİYASƏT

İqtisadiyyat naziri, Azərbaycan və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 12-14 mart tarixlərində İranda səfərdə olacaq.

 
"Ucnoqta.az" İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata istinadən bildirir ki, səfər çərçivəsində Dövlət Komissiyasının 12-ci iclası, İran rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Xəbər xətti