"Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir" Ərdoğan

16:49 - 9 Mart 2018 - DÜNYA

“Heç kimin dinimizi karikaturalaşdırmaq haqqı yoxdur. Biz dində islahat aparmırıq. Bu bizim ixtiyarımızda və gücümüz daxilində olan məsələ deyil”.

Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında bildirib.

O qeyd edib ki, Əl-Qaidə, İŞİD, Boko Haram kimim terror qruplar İslam təhrif edirlər: "Bəziləri sosial şəbəkələrdə mənə qarşı çıxışlar edirlər. Heç kimin İslamı təhrif etməyə haqqı yoxdur. Siz bu fəqiri (özünü nəzərdə tutur) qorxuda bilməzsiniz. Mən İslamın haqqı olanı deyirəm. Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir".

R.T.Ərdoğan Türkiyədə dini təhsilin vəziyyətinə də toxunub: "Türkiyədə dini təhsilin və tədrisin sağlam təməl üzərində qurulmasına böyük ehtiyac var. Nazirliyimiz, Diyanət İşləri Vəqfi dini təhsil sahəsində vaxtilə meydanı FETÖ kimi alçaqlara vermişdi. Bizə bundan yaxşı dərs ola bilərmi? FETÖ-nün ölkəmiz əleyhinə yönələn xain təcrübəsi bu sahədə yeni qayda-qanun yaratmaq baxımdan çox əhəmiyətlidir".

Xəbər xətti