"Sumqayıt"ın yeni prezidenti müəyyənləşib

16:20 - 9 Mart 2018 - İDMAN

"Sumqayıt" futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu, Riyad Rəfiyevdir. 

İclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu "Sumqayıt" Futbol Klubuna prezident seçilməsi üçün təsisçilərə təqdim edilib.
Təsisçilərin qərarı ilə o, "Sumqayıt Futbol Klubu" MMC-nin prezidenti təyin olunub.

Qeyd edək ki, Riyad Rəfiyev bu təyinatadək AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru vəzifəsində çalışıb. O, "Sumqayıt"ın prezidenti vəzifəsində Kamran Quliyevi əvəzləyib. K.Quliyev fevralın 16-da "Neftçi"yə prezident təyin olunub. 

Xəbər xətti