Ana səhifə
15 Noyabr 2018

İstirahət günlərində hava necə olacaq? PROQNOZ

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək”.

"Ucnoqta.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda Bakıda güclü külək əsir, gecəyə doğru isə yağış yağacağı gözlənilir: “Rayonlarda artıq yağış yağmağa başlayıb. Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur”.

G.Məmmədovanın sözlərinə görə, sabah gündüzdən ölkə ərazisində yağıntılar tədricən kəsiləcək: “Martın 10-u gündüzdən başlayaraq ayın 11-i daxil olmaqla əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda yağıntının olacağı istisna olunmur”.
Mütəxəssis qeyd edib ki, bu gün səhərdən başlayan güclü şimal qərb küləyi sabah gündüzdən tədricən mülayimləşəcək: “Növbəti günlərdə mülayim şərq küləyi əsəcək. Havanın temperaturu bu gündən etibarən aşağı düşsə də, martın 11-dən temperaturun tədricən yüksələcəyi gözlənilir”. 

Tarix
9 Mart 2018 [11:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin