Keçmiş məhkumdan külli miqdarda narkotik tapıldı

11:33 - 9 Mart 2018 - HADİSƏ

Sumqayıtda keçmiş məhkumdan 7 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb. 
 

Onun üzərində axtarış keçirilən zaman 2 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq V.Səmədovun yaşadığı evə baxış keçirilən zaman əlavə olaraq orada gizlətdiyi 3 kiloqram 30 qram heroin və 4 kiloqram 20 qram marixuana aşkar olunub. Saxlanılan şəxs ilkin ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər xətti