Lavrovla Tillersonun Afrika görüşü baş tutmadı

23:05 - 9 Mart 2018 - SİYASƏT

Rusiya XİN rəhbəri Sergey Lavrovin Efiopiyada ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü baş tutmayıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə diplomatik mənbə bildirib.
 

Bildirilir ki, təsadüfən eyni ölkədə və məhz paytaxtda olan rəsmilər hətta eyni oteldə qalıblar. Bu səbəbdən onların görüşü ehtimal edilib.
 

Daha öncə isə ABŞ tərəfi Rusiya tərəfdən görüş üçün heç bir müraciət edilmədiyinji qeyd edib.
 

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Afrika ölkələrinə səfərə çıxıb.

Xəbər xətti