Ana səhifə
23 Sentyabr 2018

Gəncədə “Atalar və qızlar” festivalı keçiriləcək

11 mart tarixində Gəncə şəhərinin mərkəzində (Gəncə park-bulvar kompleksi. Azərbaycan bayrağı küçəsi) saat 14:00-18:00-dək 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Atalar və qızlar” festivalı keçiriləcək.

 

Ucnoqta.az xəbər verir ki, festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir.

 

Festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin yaradılmasıdır.

 

Gün ərzində 14:00-18:00-dək davam edəcək festivalda atalar və qızları musiqili proqram, yarışlar, müxtəlif uşaq oyunları və şoular gözləyir. Festivalda uşaqlar ataları ilə birlikdə pazl yarışı, rəsm yarışması və saç hörmə yarışmasında iştirak edəcəklər. Festival zamanı iştirakçılar kloun, sehirbaz və kukla teatrın əməkdaşlarının çıxışlarını izləyəcəklər. Həmçinin festival çərçivəsində müxtəlif viktorinalar keçiriləcək və qaliblərə hədiyyələr təqdim olunacaq.

 

Festivalda iştirak edib və fərqli həftəsonu keçirmək istəyən atalar www.festival.nayora.az səhifəsinə daxil olub tədbir haqqında ətraflı əldə edə bilərlər.

 

Xatırlaqdaq ki, “Atalar və qızlar” festivalı artıq ikinci dəfə keçirilir. Bundan öncə festival Bakı şəhərində 11 Oktyabr Beynəlxalq Qızlar günü münasibətilə keçirilib. Festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Gün ərzində davam edən festivalda musiqili proqram, Dj Şou, yarışlar, müsabiqələr və viktorinalar keçirilib. Müsabiqə və yarışlarda iştirak edən atalar və qızlara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub. Festivalda həmçinin “Səssiz film” və “Xəbəri uşaqdan al” oyunları baş tutub. Festival müddətində iştirakçılar kloun və sehirbaz şouların izləmək şansı əldə ediblər və qızlar üçün xüsusi olaraq “Face art” və karikatura çəkilişləri təşkil olunub.

 

Tarix
9 Mart 2018 [10:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin