Ana səhifə
20 Sentyabr 2018

Azərbaycanda işsizlərin 36 faizi qadınlardır — RƏSMİ STATİSTİKA

Bu il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38 481 nəfər olub, onların da 36,3 faizini qadınlar təşkil edir.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
 

Sənədə əsasən, işsizlik müavinəti orta hesabla 291,2 manat olub.
 

Hesabatda qeyd edilir ki, 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,3 min nəfər olub, onlardan 880,1 mini iqtisadiyyatın dövlət sektorunda, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1487,4 min nəfər muzdla işləyib.
 

Xidmətdə işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışıb.

Tarix
9 Mart 2018 [21:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin