Ana səhifə
15 Noyabr 2018

Arda Turan “Ən yaxşı 11-lər” siyahısında

Futbol üzrə İspaniya La Liqasında “Deportivo La Coruna” qarşılaşmasında komandasının 2-ci qolunu vuran türkiyəli futbolçu Arda Turan həftənin ən yaxşı oyunçuları siyahısına düşüb.

 

Ucnoqta.az xəbər verir ki, bu haqda məlumatı İspaniyanın ən çox oxunan idman qəzeti “Marca” yayıb.

 

La Liqada arxada qalan 13-cü həftənin ən yaxşı oyunçularının adları bəlli olub. “Həftənin 11”nə Arda Turan da daxil edilib.

 

Arda “Marca” qəzeti tərəfindən “Barcelona”lı Busquets və “Sevilya”lı Vitolo ilə birlikdə 13-cü həftənin ən yaxşı orta sahə oyunçuları arasında göstərilib.

 

Türkiyə millisinin futbolçusu bu mövsüm “Atletiko Madrid”in La Liqa və Çempionlar Liqasında oynadığı 16 matçda meydançaya çıxıb və 3 qola imza atıb. /AzNews.az/

Tarix
2 Dekabr 2014 [23:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin