ABŞ-dan Türkiyəyə növbəti xəbərdarlıq

ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini əldə etmək planından imtina edəcyinə ümid edir və Ankaranı bu cür addımın fəsadlarının ola biləcəyi barədə xəbərdarlıq edir. 

 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Senatında çıxışı zamanı Avropadakı NATO qüvvələrinin baş komandanı amerikalı general Kertis Skalarrotti bildirib. 

 
O S-400 komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini  xatırladıb. "Mən və hökumətimizin digər üzvləri də onlara S-400-lərin əldə olunmasının digər fəsadlarla nəticələnə biləcəyini izah etməyə çalışmışıq", -deyə general bildirib. Kertis Skalarrotti "digər  fəsadlar"ın mahiyyətini açıqlamayıb. 
"Həmin sövdələşmə hələ başa çatmayıb və biz onları S-400-lərin NATO standartlarına uyğun gəlmədiyinə  inandırmağa çalışırıq" -  deyə Kertis Skalarrotti  qeyd edib. 

Tarix
9 Mart 2018 [18:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin