Ana səhifə
20 Sentyabr 2018

Kim Çen Indan gözlənilməz vəd

Kim Çen In nüvə və raket sınaqlarından  imtina etməyə hazır olduğunu bəyan edib.

"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə KXDR lideri lə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin  təhlükəsizlik üzrə müşaviri Çon In Yön  bildirib. 

«Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə  sadiq olduğunu ifadə edib. Kim Çen In  Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib», - deyə Çon In Yön  bildirib. 
 
Qeyd edək ki, bundan əvvəl D.Tramp Kim Çen Inla təkbətək görüş keçirməyə razılıq verib. 
 
Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini görüşə dəvət edib.  
 
CNN telekanalı bildirib ki, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu  Donald Trampa təqdim edib. 

Tarix
9 Mart 2018 [18:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin