Ana səhifə
20 Sentyabr 2018

Balotelli sərt cəzalana bilər

İngiltərə Futbol Assosiasiyası "Liverpul”un hücumçusu Mario Balotelliyə sərt cəza tətbiq edə bilər.

 

 

Ucnoqta.az Qol.Az-a istinadən xəbər verir ki, italiyalı futbolçunun özünün İnstagram səhifəsində paylaşdığı şəkil qalmaqala səbəb olub. Əgər bu şəkildə irqçi fikirlər təsdiqini taparsa, beş oyunluq cəzalandırılacaq.

 

Qeyd edək ki, Balotelli İnstagram sosial şəbəkəsində məşhur "Supermario” kompüter oyununun qəhramının şəkilini paylaşıb. Şəkilin üzərində irqçiliyə yox deyilsə də, əslində orada yəhudiləri aşağılayan fikirlər yer alıb. Həmin şəkildə yazılıb: "İrqçi olmayın! Mario kimi olun.

O, yaponlar tərəfində yaradılan italiyalıdır, meksikalı kimi görünür, qaradərililər kimi tullanır, yəhudilər kimi isə qəpik yığır”.

 

Bu şəkilə yazılan etiraz şərhlərinə cavan olaraq Balotelli qeyd edib ki, o, heç kimi təhqir etməyib: "Mənim anam da yəhudidir”. Sonra isə Balotelli ümumuyyətlə, şəkili sosial şəbəkədən silib. Hadisədən sonra İngiltərədəki yəhudi lobbisi faktı araşdırmağa çağırıb. Yəhudi lobbisinin maraqlarını müdafiə edən İngiltərə Futbol Assosiasiyasının sabiq icraçı direktoru Saymon Conson bildirib ki, onlar iqrçiliyin bütün formalarına qarşıdılar.

 

"Belə halların təkrarlanmaması üçün Assosiasiya araşdırma aparıb, ciddi ölçü götürməlidir”

Tarix
2 Dekabr 2014 [13:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin