Ötən günün cinayət statistikası

09:40 - 9 Mart 2018 - HADİSƏ

Ötən gün respublikamızın daxili işlər orqanları tərəfindən 72 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər"lə açılıb.

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
 

Axtarışda olduğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Xəbər xətti