Ana səhifə
25 İyun 2018

Narkoloji Mərkəzin sabiq baş həkimi HƏBS EDİLDİ- MƏHKƏMƏ

Rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Respublika Narkoloji Mərkəzin sabiq baş həkimi Hüseyn Həsənov və onun işçisi Mətanət Şamçiyevanın hökmündən prokurorluğun verdiyi protestə baxılıb.

"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə prokurorun protesti təmin edilib. Hüseyn Həsənovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi(şərti) hökmdən xaric edilib.

Hüseyn Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib. Ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Mətanət Şamçiyeva ilə bağlı hissədə isə hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, cəzaları 1 il sınaq müddəti olmaqla şərti hesab edilmişdi.

Həbsdə olan Hüseyn Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv  edilib və o, məhkəmə zalından azadlığa buraxılmışdı.

Tarix
7 Mart 2018 [17:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin