MSK Milli Məclisin 3 deputatının prezidentliyə namizədliyini qeydə aldı

16:20 - 7 Mart 2018 - SİYASƏT

Bu gün aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 3 namizəd qeydə alınıb.

"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.
 

MSK onların hər üçünün namizədliyini qeydə alıb.

Xatırladaq ki, bundan əvvəl MSK Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb.
Onu da bildirək ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.   

Xəbər xətti