Ana səhifə
25 Sentyabr 2018

Arif Alışanovun vəkilindən AÇIQLAMA

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova sui-qəsd cəhdi ilə bağlı aparılan məhkəmə prosesində təqsirləndirilən şəxslər tərəfindən onun ünvanına səsləndirilən ittihamlara cavab verilib.
 

"Ucnoqta.az" xəbər verir ki, A.Alışanovun vəkili Zaur Abasov unikal.org-a açıqlamasında bildirib ki, AzTV sədrinə sui-qəsd cəhdi ilə bağlı aparılan məhkəmə prosesində təqsirləndirilən Şücayət Əkbərov və digərləri müvəkkilinin ünvanına səsləndirdikləri "fikirlərin” heç bir əsası yoxdur:
 

"Şücayət Əkbərov bu gün məhkəmə prosesində AzTV sədrinin ünvanına bəzi "fikirlər” səsləndirib. O, bu ifadəni ilkin istintaqda da vermişdi. Şücayət Əkbərovun ifadəsi dərhal istintaq işini aparan müstəntiq tərəfindən araşdırılmış və heç bir nəticə ortaya çıxmamışdı. Bu səbəbdən də, o, gülünc vəziyyətə düşdü. Belə açıqlamar verməklə Arif Alişanova şər və böhtan atır. Onun bu cür ifadə verməsinin əsas səbəbi hazırda məhkəmə qarşısında olmasıdır. O, bu yalanlarını proses boyu davam etdirə bilər. Amma bir daha bəyan edirik ki, Şücayət Əkbərov və digərlərinin Arif Alişanov haqqında dediklərinin heç bir əsası yoxdur”.
 

Vəkili həmçinin əlavə edib ki, Arif Alişanov bir həftə sonra bilib ki, həmin şəxslər ona qarşı bir neçə dəfə sui qəsd etmək cəhdinə görə tutulublar:
 

"Bunlar ötən ilin yanvar ayında cinayət başında həbs ediliblər. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi peşəkar əməkdaşları tərəfindən sözügedən şəxslərin Arif Alişanova sui-qəsd cəhdinin qarşısını alaraq həbs ediblər”.

Tarix
7 Mart 2018 [16:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin