Müxalifətin mitinqinə icazə verildi

15:59 - 7 Mart 2018 - SİYASƏT

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 10-da mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.
 
"Ucnoqta.az" xəbər verir ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 10-da keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
 
Qeyd edək ki, Milli Şura martın 10-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.

Xəbər xətti