“Azərbaycanda böyük islahatlar aparılır” Ramiz Həsənov

15:47 - 7 Mart 2018 - SİYASƏT

Azərbaycanda irmiqyaslı islahatlar aparılır.

"Ucnoqta.az"  “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sahibkarlarla keçirilən görüşdə deyib.
 

“Təbii ki, bu islahatlar bizim qurumda da aparılır. Bu islahatlarla bağlı Azərbaycana sərmayə qoyacaq iş adamlarını məlumatlandırmaq lazımdır”,- deyə komitə sədri əlav edib.
 

Qeyd edək ki, bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığın inkişafının sürətləndirilməsinə yönələn sosial-iqtisadi siyasət, prioritet sənaye və aqrar sahələrin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılması və ixrac imkanlarının gücləndirilməsi çərçivəsində dövlət başçısının tapşırıqlarına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Xəzər Avropa Klubunun (Caspian European Club) birgə təşkilatçılığı ilə Komitə sədri Ramiz Həsənovun sahibkarlarla görüşü keçirilib.
 

Görüşün məqsədi standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrinin müasir tələblərə uyğunlaşdırması, istehsal olunan məhsulların keyfiyyəti, təhlükəsizliyi, rəqabət qabiliyyəti və ixrac potensialının yüksəldilməsi, xarici ticarətin daha da liberallaşdırılması, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılması, sahibkarlığın inkişafının sürətləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi məqsədi ilə layihələrin həyata keçirilməsi və digər sahələrdə Komitənin fəaliyyəti barədə müzakirələrin aparılmasıdır.
 

Görüşdə Komitə rəhbərliyi ilə yanaşı, xarici ölkələrin səfir və nümayəndələri və 100-dək sahibkar iştirak edir.
 

Komitə sədri bəzi xidmətlərin ləğv edilməsi məsələsinə də toxunub:
 

“Sözügedən komitənin nəzdnində olan bəzi xidmətlər ləğv edilib və onların yerində publik hüquqi şəxslər yaranıb. Yeni yaradılan 4  publik hüquqi şəxs  artıq 1 ildir ki, fəaliyyət göstərir. Onlar gözəl nəticə əldə etdiyinə görə, bizim komitədə bu kimi islahatlar hələ də aparılır”.

 

Xəbər xətti