Üç ölkə OPEK-ə üzv olmaq üçün ərizə verib

17:35 - 7 Mart 2018 - İQTİSADİYYAT

Konqo, Çad və Malayziya Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) daxil olmaq üçün ərizə veriblər.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ekvatorial Qvineyanın dağ-mədən və karbohidrogenlər sənayesi naziri Qabriel Mbeqa Obianq Lima məlumat verib. 
 

“Afrikada bunda maraqlı olan Konqo, Çad kimi potensial istehsalçı ölkələr var. Əlbəttə indi istehsalla məşğul deyillər, lakin inkişaf edirlər. Yekun nəticədə gündəlik 3-4 min barrel neft istehsalı səviyyəsinə çata biləcəklər”. 
 

Nazir bildirib ki, təşkilatın yeni üzvləri beynəlxalq ictimaiyyətə OPEK-in yeni üzünü görməyə yardım edəcək: “Asiya ölkələri, o cümlədən İndoneziya əvvəlcə müşahidəçi olmaq üçün OPEK-dən çıxdı. İndi isə geri qayıtmaq istəyir. Lakin Malayziya kimi ölkələr də var ki, artıq müraciət ediblər və biz onu nəzərdən keçiririk”. 

Xəbər xətti