“Rusiya Qərbin birliyini pozmağa çalışır” ABŞ Kəşfiyyatı

14:48 - 7 Mart 2018 - DÜNYA

ABŞ milli kəşfiyyat idarəsinin rəisi Deniel Kouts yeni açıqlama verib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Koutsun bəyanatına əsasən, Rusiya Avropa İttifaqının sanksiyalarını pozmağa və Qərb ölkələrinin birliyini dağıtmağa cəhd edir.
 

Senata hesabat təqdim edən Kouts qeyd edib ki, Rusiya ona qarşı tətbiq edilən sanksiyaların öhdəsindən gəlir.
 

Hesabatda bildirilir ki, Moskva Amerika əleyhinə siyasi baxışları genişləndirir və demokratik proseslərə olan inamı azaltmağa çalışır. Rusiya bu məqsədlə bir sıra addımlar ata bilər.
 

“Rusiya ABŞ-ın Avropa müttəfiqləri ilə münasibətlərini zəiflətmək istəyir. Rəsmi Moskva Qərb sanksiyalarını dəlmək, anti-amerikan siyasi görüşləri genişləndirmək niyyətindədir”,- deyə hesabatda deyilir.

Xəbər xətti