Ana səhifə
11 Dekabr 2018

STP-dən xanımlarımıza musiqili təbrik -Video

Azərbaycanın ilk texnoparkı olan Sumqayıt Texnologiyalar Parkı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə əlaqədar xanımlarımızı xüsusi təbrik edib. 

“STP” MMC-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, hər zaman milli-mənəvi dəyərləri uca tutan STP, bu dəfə Azərbaycan xanımlarını tərənnüm edən əsrarəngiz retro mahnılarımızdan ibarət yeni bir popuri musiqili video-çarx hazırlayıb. Yeni aranjımanın əsas fərq və konsepsiyası sözlərində xanım adları olan mahnıları  bir araya toplayıb, yalnız nəqarətlərdən ibarət popurinin yaradılması idi.
 

Təbrik videosu bizə 60-70-ci illərin Bakısını xatırladır. Sanki, iri bir istehsalat mərkəzinin mədəniyyət klubunda işçi heyyəti özfəaliyyət dərnəyi təşkil edərək, musiqi nömrəsi hazırlayır.
Video-çarxda ağ-qara rənglərdən istifadə olunub ki, bu da tamaşaçıların təxəyyülündə həmin dövrü canlandırır.

Ağ-qara fonda bir-birini əvəzləyən ifalardan sonra gözəllik və zəriflik simvolu olan qırmızı libaslı xanımın səhnəyə çıxması, qadınların həyatımıza rəng qatdığı anlamını verir. Onların cəmiyyətimiz üçün nə qədər önəmli olduğu bir daha nümayiş etdirilir.
Sizlərə Sumqayıt Texnologiyalar Parkının hazırladığı musiqili video-çarxı təqdim edirik.

Tarix
7 Mart 2018 [14:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin