Ana səhifə
19 İyun 2018

Arif Alışanova qarşı AĞIR İTTİHAM - YENİLƏNİB

AzTV sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilənlərlə bağlı prosesdə məhkəmə istintaqı başlayıb.
 
Prokuror Fərid Nağıyev ittiham aktının nəticəvi hissəsini elan edib.
 
Təqsirləndirilənlər Aqşin Hüseynov özünün qismən təqsirli bilmir, digər şəxslər isə ittiham üzrə özlərini qəti olaraq təqsirli bilməyib.
 
 
Təqsirləndirilən Şücaət Əkbərov ifadə verərək 2007-ci ildən Arif Alışanovla tanış olduğunu  deyib: "Alışanov Şamaxıdan torpaq almaq istəyirdi.  Onu  kürəkəni gətirmişdi. Dəfələrlə ona torpaq tapmışam və alıb. Mənim işim makler kimi torpaq tapıb ona vermək idi. 2-3 il bu cür alqı-satqılar davam etdi.  2011-ci ildə onun kürəkəni Fəridlə nəsə problemi oldu. Mənə zəng edib dedi ki, torpaqların hamısını Fəridin adından çıxardıb, arvadı Mehriban xanımın adına keçirdim. Çünki o vaxt qızı ilə kürəkəni düşmən kimi idilər, boşanma söhbətləri vardı".
 
 
Təqsirləndirilən şəxs bildirib ki, 2013-cü ildə Alışanov ona yenidən torpaq almaq üçün müraciət edib: "Mənə dedi ki, heç kim bilməsin. Ona görə də heç vaxt satıcılarla görüşmürdü. Bütün işləri mən görürdüm. Onun üçün 6 hektar torpaq aldım. Ümumilikdə, Alışanovun 2011-ci ilə qədər Şamaxıda 120 hektar torpağı olub. İndi onların başqa adamların adına keçirib. Amma məndə köhnə sənədlər var, nəyin kimin olduğunu yaxşı bilirəm. Əvvəllər torpaqlar kürəkəni Fəridin, qızı Nigarın və. s ailə üzvlərinin adına olub. Sonra yoldaşı Mehribanın adına keçirilib, indi də eşitmişəm ki, Hacının adına rəsmiləşdirilib. Kimlərisə aldada bilərlər, lakin bütün proseslərdə mən iştirak etmişəm".
 
 
Şücaət Əkbərov ifadəsində onu da iddia edib ki,  Arif Alışanov sabiq MTN nazii Eldar Mahmudovun çox yaxın adamı olub.
 
O, çıxışının davamında Arif Alışanovu hətta bir qızın qətlində də ittiham edib.

//Lent.az//

Tarix
7 Mart 2018 [13:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin