Ana səhifə
25 İyun 2018

Konstitusiya dəyişikliyi Azərbaycanın son illər ərzində keçdiyi yolun məntiqindən doğan prosesdir

İslahatlar insanların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiəsi məsələlərini özündə ehtiva edir

Hüquqi dövlət quruculuğu sahəsində atılan addımlardan biri də həyata keçirilən konstitusiya dəyişiklikləridir. Konstitusiya islahatları ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilir. Birsözlə sonuncu Konstitusiya islahatı ölkə həyatının ən müxtəlif sahələrinə - təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi və digər vacib məsələlərin tənzimlənməsinə aid olub. Bu barədə Milli Məclisin üsvü, siyasi elmlər doktoru, professor Elman Nəsirob bildirib: “Möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu bu dəyişiklik və əlavələrin hər biri mütərəqqi xarakter daşıyıb.  Və ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərib”. Onun söğzlərinə görə, hakimiyyət xalqın mənafeyindən irəli gələn siyasət yürüdür. “Ən başlıcası isə bütün bu dəyişiklərin müəllifi ölkə Prezidenti cənab İlham Əliyevdir. Xalq isə öz növbəsində Prezidentin istənilən layihəsini dəstəkləyir və bu dəfə də istisna təşkil etmədi”.

Elman Nəsirob bildirib ki, dəyişən geosiyasi şərait, regionda baş verən proseslər, eyni zamanda Azərbaycanın öz daxili inkişaf məntiqindən doğan proseslər dövlət idarəçiliyi sistemində institutlaşma proseslərində müəyyən dəyişikliklərin edilməsini zəruri edirdi. Elman Nəsirov deyib ki, bu dəyişikliklər ilk növbədə idarəçilik sistemininin çox sürətlə dəyişən reallıqlara çevik reaksiya verməsini şərtləndirən məsələlərdir: “Bu baxımdan hesab edirəm ki,  Konstitusiya dəyişikliyi Azərbaycanın son illər ərzində keçdiyi yolun məntiqindən doğan prosesdir. Bu dəyişikliklər dövlət idarəçilik sistemini əhatə edir. İslahatlar insanların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiəsi məsələlərini özündə ehtiva edir”.

E.Nəsirovun sözlərinə görə, diqqəti cəlb edən məqamlardan biri də Azərbaycanda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasıdır. Bunu olduqca vacib addımlardan biri sayan deputatın fikrincə, bu dəyişikliyin edilməsini şərtləndirən vacib amil odur ki, bir çox hallarda dövlət başçısının birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar üçün zamana ehtiyac yaranır: “Biz prezidentin səlahiyyət müddətinin 7 il olmasına keçirik, dünyada isə 7 illik prezidentlik yoxdur” kimi yanaşma düzgün deyil. Bu baxımdan biz "pioner" deyilik. Çünki bir çox ölkələrdə, məsələn, İsraildə, İrlandiyada, Özbəkistanda 7, Rusiyada isə 6 illik prezidentlik müddəti var. Burada əsas məqsəd Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu təminatına nail olmaq üçün zaman qazanmaqdır”.

Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi sistemində yeni hadisə sayan E.Nəsirovun sözlərinə görə, məsələ ilə bağlı dünya, eləcə də qonşu ölkələrin təcrübəsinin öyrənilməsi belə bir qənaətə gəlməyə əsas verir ki, prezident idarəçiliyinin olduğu respublikalarda vitse-prezident institutunun mövcudluğu dövlətin yaxşı idarə edilməsinin təminatı, qərarların çevik qəbulu və həyata keçirilməsi baxımından olduqca səmərəlidir: "Vitse-prezidentlik institutunun daha çevik olacağına heç kəsin şəkk-şübhəsi yoxdur. Azərbaycanda Prezident və administrasiyasının kifayət qədər çevik və qətiyyətli fəaliyyət göstərdiyi heç birimizə sirr deyil". 

E.Nəsirov qeyd edib ki, Azərbaycan növbəti 10 il ərzində inkişaf etmiş ölkələr sırasında olmağı hədəfə alıb: "Buna nail olmaq üçün Azərbaycanın unikal idarəçilik sistemi olmalıdır".

Millət vəkilli Vüsal Hüseynli isə bildirib ki, Vitse-prezident institutu Konstitusion sistemimizdə yeni institutdur və məqsəd prezidentlik institutunu gücləndirmək, ölkənin sabit inkişafına xidmət edəcək idarəçilik sistemini təmin etməkdir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir. Millət vəkili bildirib ki, 101-ci maddədə Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərini elan etmək səlahiyyəti müəyyən edilib. Konstitusiya dəyişikliyinə görə, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilməlidir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir. Millət vəkili vildirib ki, bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir. Yuxarıda göstərilən səbəblərə səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.

Vüsal Hüseynli qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edi. Konatitusiya dəyişikliyində səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.

Millət vəkili bildirib ki,  Vitse-prezidentin təyinatı proseduru ilə bağlı əsas yanaşma kimi, bu təyinatın parlamentdən yan keçməsi və bununla da parlamentin rolunun əhəmiyyətli zəifləməsi kimi qeyd edilir. Lakin mövcud Konstitusiyadakı mexanizmlə bu yeniliyi müqayisə etsək, əslində, təklif edilən dəyişikliyin hakimiyyətlərin bölgüsü prizmasından əhəmiyyətli dəyişiklik və ya geriləmə gətirmir. Belə ki, Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydasında müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinintəqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına Parlament tərəfindən üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilməsi üçün müddət 3 aydan 60 günədək, yəni 1 ay müddətinə qısaldılır. Bu halda Prezident səlahiyyətlərini icra edən şəxsin maraqları kiçildilir, ictimaiyyətin maraqları isə gücləndirilir.

Ümumi olaraq qeyd edilməlidir ki, Prezidentlik institutunun güclənməsi heç də dövlət hakimiyyətinin digər qollarının zəiflədilməsini şərtləndirmir. Burada parlamentin icra hakimiyyəti üzərində nəzarət və təsir imkanları ilə bağlı müddəa və təminatlara əsas diqqət yetirmək vacibdir. Mövcud Konstitusiyada bu təminatlar dəyişməz olaraq qalır, deyə deputat vurğulayıb. Onun sözlərinə görə, bunlar dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət, yüksək vəzifəli şəxslərin, o cümlədən hakimlərin təyinatında iştirak, Azərbaycan Respublikası Prezidentiinin vəzifədən kənarlaşdırılması,Nazirlər Kabinetibə etimad məsələsinin həll edilməsi, referendum təyin edilməsi, amnistiya və digər səlahiyyətlərdir.

 

Tarix
7 Mart 2018 [18:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin