Ana səhifə
24 İyun 2018

Ölkəmizdə Dağınıq skleroz xəstələrinin sayı açıqlanıb

"2013-2017-ci illər ərzində dağınıq skleroz  xəstəliyi ilə bağlı icra olunan proqram çərçivəsində 1400-ə qədər xəstə müayinə olunub". 

"Ucnoqta.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib. 

 

O bildirib ki, həmin xəstələrdən 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və onlar ümumilikdə 20 ada qədər preparatla təmin edilib: "Həmin müddətdə 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib".
 

R.Əliyevin sözlərinə görə, dağınıq sklerozdan daha çox 20-40 yaş arası qadınlar əziyyət çəkir: "Bu bəlkə də qadınların orqanizmindəki hormonlarla izah edilə bilər. Xəstələyin yaranma səbəbləri dəqiq öyrənilməsə də, bunun bir sıra nəzəriyyələri səslənir. Xəstəliyin daha çox yayıldığı çoğrafi enliklər var. Hətta ekvatordan uzaqlaşdıqca bu xəstəliyə daha çox rast gəlinir. Bunun səbəbi günəşdir. Həm də saatların sayının az olunması ilə izah oluna bilər". 
 

Xəstəliyin yaranma əlamətləri rəngarəng olduğunu bildirən mütəxəssis onu da qeyd edib ki, bu xəstəlik adətən əlilliyə səbəb olur: "Azərbaycanda dağınıq skleroz xəstəliyinə daha çox Bakı şəhərində rast gəlinir. Bundan sonra Quba- Xaçmaz, Bakakən-Şəki zonası gəlir. Xəstəliyin yaranma əlamətləri rəngarəngdir. Ona görə də konkret səbəb bəlli deyil. Xəstələr daha çox görmə, müvazinət və  hissiyyat pozulması ilə bağlı müraciət edirlər. Bu cür əlamətlər başqa xəstəliklərdə də müşahidə olunduğundan müqayisə etmək üçün dəqiq diaqnoz qoymaq lazımdır. Dağınıq sklerozun genetik meyillilik tam müəyyən olunmayıb. Lakin bir-iki ailədə birinci nəsil qohumlarda bu xəstəliyə rast gəlinib. 

Tarix
7 Mart 2018 [13:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin