Hava şəraiti kəskin pisləşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 09-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
 
"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata istinadən bildirir ki, havanın temperaturu ötən günlərlə müqayisədə  5-7 dərəcə aşağı enəcək.
 
Azərbaycanın rayonlarında martın 09-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Tarix
7 Mart 2018 [12:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin