Ana səhifə
23 İyun 2018

MSK sədrindən Milli Şuranın mitinqinə MÜNASİBƏT

"Siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir".
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Şuranın qarşıdakı mitinqinə münasibət bildirərkən deyib.
 
O bildirib ki, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır: “Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur".
 
MSK sədri hesab edir ki, siyasi partiyalar kifayət qədər təcrübəli partiyalardır: "İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun".

Tarix
7 Mart 2018 [12:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin