Məzahir Pənahovdan prezidentliyə namizədlərə XƏBƏRDARLIQ

11:52 - 7 Mart 2018 - SİYASƏT

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Azərbaycan prezidentliyinə namizədlərə xəbərdarlıq edib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən bildirir ki, MSK sədri deyib ki, namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar:
 

"Bu qanun pozuntusudur. Ola bilər ki, bunu özləri etməsinlər, başqaları-onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdırlar. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”.
 

Qeyd edək ki, Azərbaycanda president seçkiləri aprelin 11-nə təyin edilib. Seçkiqabağı təşviqat isə martın 19-da başlayır.

Xəbər xətti