“Seçki-2018” Müstəqil Media Mərkəzinin təqdimatı oldu — FOTOLAR

11:18 - 7 Mart 2018 - SİYASƏT

Bu gün "Hilton Bakı" otelində aprelin 11-ə təyin olunan prezident seçkilərilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) yaratdığı “Seçki-2018” Müstəqil Media Mərkəzinin təqdimat mərasimi keçirilib.

"Ucnoqta.az" “Ölkə.Az"a istinadən bildirir ki, tədbirdə MSK sədri Məzahir Pənahov, komissiya üzvləri və katibliyin təmsilçiləri iştirak ediblər. 
 

Müstəqil Media Mərkəzində yaradılan şəraitlə tanış olan MSK sədri Məzahior Pənahov yerli və və beynəlxalq kütləvi informasiya vasitələrinin sərbəst və asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün tövsiyələrini verib. 
Media Mərkəzinin məqsədi 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, exit-poll keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici jurnalistlərə operativ şəkildə çatdırmaqdır.
 

Mərkəzin www.secki-2018.az saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Bu saytda, həmçinin seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və video görüntülər təqdim edilir. Burada media təmsilçiləri üçün komputerlər, telefon və faks aparatları quraşdırılır. Həmçinin onlar pulsuz və fasiləsiz internetdən də istifadə edə bilərlər. Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materillarını mərkəzə yerləşdirə bilərlər.


Xəbər xətti