Polisdən ƏMƏLİYYAT: 59 nəfər tutuldu

11:08 - 7 Mart 2018 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il martın 6-dan 7-dək daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.
 
"Ucnoqta.az" DİN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata istinadən bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 94 cinayət faktı qeydə alınıb.
 
Onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

 

Xəbər xətti