Yunanıstanda türk bayrağı yandırıldı Türkiyə XİN-in sərt reaksiyası

17:50 - 7 Mart 2018 - SİYASƏT

Yunanıstanda keçirilən etiraz aksiyasında türk bayrağı yandırılıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər nazirliyi məsələ ilə bağlı sərt açıqlama verib: “Afinadakı irqçi aksiyaları şiddətlə qınayırıq”.

Nazirlikdən verilən açıqlamada deyilir: “Yunanıstandakı irqçi bir partiya tərəfindən Afina şəhərində 5 mart tarixində ölkəmiz əleyhinə təşkil edilən aksiya keçirilib. Aksiyada bayrağımız yandırılıb. Bunu şiddətlə qınayırıq”.

 

Nazirlik bayrağı yandıranların qısa müddət ərzində saxlanılması və qanun qarşısında cavab verməsini tələb edir.

Xəbər xətti