İlham Əliyev Vladimir Putinə başsağlığı verib

10:22 - 7 Mart 2018 - SİYASƏT

Prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. 
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
 

"Hörmətli Vladimir Vladimiroviç.
 

Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
 

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm". 

Xəbər xətti