Nazir Amerika Ticarət Palatasının nümayəndələrilə bir araya gəldi

10:13 - 7 Mart 2018 - SİYASƏT

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda Amerika Ticarət Palatasının direktorlar şurasının üzvü Nuran Kərimov, icraçı direktor, direktorlar şurasının katibi Natəvan Məmmədova və digər üzvlərdən ibarət nümayəndə heyəti ilə görüşdü.

Görüşdə nazir hava nəqliyyatının inkişafından, turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı dövlət tərəfindən görülən işlərdən, ASAN vizanın tətbiq olunmasının turizmin inkişafına təsirindən danışdı. O bildirdi ki, sadələşdirilmiş viza rejimi ölkəmizə gələn turistlərin sayının artmasında böyük rol oynayır.
Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının yaradılmasının həmin bölgələrdə turizmin inkişaf etdirilməsi üçün zəmin yaradacağını qeyd etdilər və palataya üzv şirkətlərin bu ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirdilər.

Sonra mədəniyyət və turizm sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsi haqqında müzakirələr aparıldı.

//Modern.az//

Xəbər xətti