Deputatlar müharibə konsepsiyası istədilər - Nazirlər Kabineti CAVAB VERDİ

10:11 - 7 Mart 2018 - SİYASƏT

Nazirlər Kabineti Milli Məclisin deputatlarının müharibəyə dair yeni konsepsiya sənədinin hazırlanması təklifinə cavab verib.

Deputatlar Milli Məclisdə  təklif ediblər ki, hökumət bu məsələ ilə bağlı xüsusi qrup hazırlayıb müharibə ilə bağlı yeni konsepsiya sənədinin işlənməsini təmin etməlidir: 
 

“Ərzailərimizin 20 faizi işğal altındadır. Ona görə də ərazilərimizin geri qaytarılması ilə bağlı, nəhayət ki, hökumət bütün resursları cəlb etməklə belə bir konsepsiya hazırlasın və Milli Məclisdə müzakirəyə çıxarsın”.
 

"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, Nazirlər Kabineti bunu mümkün saymayıb.


Hökumətin cavabında bildirilib ki ölkəmizin ərazilərinin zor gücü ilə işğal edildiyi bir halda, onun BMT nizamnaməsinin müvafiq müddəalarına uyğun olaraq özünümüdafiə hüququ var və bunu heç kim təksiz edə bilməz.

“Azərbaycanın dövlət başçısı tərəfindən dəfələrlə bəyan edildiyi kimi, münaqişənin sülh yolu ilə və danışıqlar vasitəsilə həlli nəticə verməzsə, ölkəmiz işğal olunmuş torpaqlarını digər vasitələrlə geri qaytarmaq hüququnu özündə saxlayır.

Bunu həyata keçirmək üçün isə mövcud milli təhlükəsizlik konsepsiyası, hərbi doktrina, baleə Müdafiə Nazirliyinin işlədiyi və tərtib etdiyi hərbi əməliyyat planlarından savayı əlavə nəzəri çərçivə və ya konsepsiya sənədinin işlənməsi məqsədəuyğun hesab edilmir”.

Xəbər xətti