Ana səhifə
21 İyun 2018

Xərçəng xəstəliyinə qarşı nanorobotlar yaradılıb

Çin alimləri dünyada ilk dəfə olaraq, bədxassəli şişlərin qarşısını müvəffəqiyyətlə alan avtonom DNT-nanorobotları yaratmaq və testdən keçirmək imkanına nail olublar. Robot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Sinxua agentliyi bildirir ki, o, iynənin ucundan 5000 dəfə kiçikdir.
 

"Ucnoqta.az" Azərtac-a istinadən xəbər verir ki, DNT əsaslı qurğu boruşəkilli struktura malikdir, uzunluğu cəmi 90 nanometrə yaxın, diametri isə 19 nanometrdir. Nanorobotların quruluşu müxtəlif mürəkkəb tədqiqatların aparılmasına kömək edir. Onlar əsasən şişin müstəqil tapılmasına imkan yaradacaq, sonra bədxassəli yenitörəmənin qanla təmin olunmasının qarşısını alacaq. Bir neçə həftə, hətta bir neçə gündən sonra şiş məhv olacaq.
 

Agentliyin məlumatına görə, nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Onlar gəmiricilərə yeridilib, nəticədə bir neçə gün ərzində şişin tam geri çəkilməsi baş verib.

Tarix
7 Mart 2018 [21:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin