Dünyanın ən təhlükəli şəhərləri — SİYAHI

23:39 - 7 Mart 2018 - DÜNYA

Meksikada fəaliyyət göstərən “İctimai təhlükəsizlik və cinayət məcəlləsi üzrə vətəndaş şurası” adlı QHT dünyanın ən təhlükəli şəhərlərinin siyahısını dərc edib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, təşkilatın ekspertləri 2017-ci ilin hesabatlarına əsasən, bu siyahını tərtib ediblər.
 

Siyahıda birinci pillədə Meksikanın Los-Kabos şəhəri qərarlaşıb. Şəhərdə qətl səviyyəsi hər yüz min nəfərə 111 hadisə kimi qeydə alınıb. Siyahıda ikinci yerdə Venesuela paytaxtı Karakasın adı var. İlk üçlüyü Meksikanın Akapulko şəhəri bağlayır.
 

Ümumi olaraq reytinq cədvəlində 50 şəhərin adı var. Onların əksəriyyəti Latın Amerikasında yerləşir. Siyahıda Braziliyanın 17, Meksikanın 12 şəhəri var.

Xəbər xətti