Benzema Çempionlar Liqasında 100-cu oyununu keçirib

00:15 - 8 Mart 2018 - DÜNYA

"Real Madrid" klubunun fransalı forvardı Kərim Benzema Çempionlar Liqasında 100-cü yubiley matçını keçirib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu, turnirin 1/8 finalı çəriçvəsində PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasında qeydə alınıb.

Komandanın start heyətində meydana çıxan 30 yaşlı futbolçu bu günə qədər turnirdə keçirdiyi 99 oyuna 53 qol var.

Benzema qitənin ən nüfuzlu klub turnirində 100 oyun keçirən 34-cü futbolçu və 3-cü fransalı oyunçu olub. Turnirdə keçirdiyi matçların sayına görə (150) "Real"ın keçmiş, "Portu"nun isə hazırkı qapıçısı İker Kasilyas liderdir.

Xəbər xətti